Son yazılar
recent

"Facebook"da qızlarla asanlıqla tanış olmaq üçün 7 ən yaxşı üsul




 Qadınlarla Facebookda tanış olmaq çətin bir şey deyil. Çünki bu nəhəng sosial şəbəkə adi bir adam üçün daha əvvəl tanış olmağı xəyal belə edə bilməyəcəyi möhtəşəm qızlarla tanış olması üçün əvəzolunmaz fürsətlər təqdim.

 Bununla yanaşı uğurlu bir Facebook tanışlığı yeni məhsulun istehsal edilməsi kimi bir şeydir - başqalarına sınaq imkanı verilməsə, bir məhsulun nə qədər gözəl bir şey olduğunun əhəmiyyəti qalmaz.

 Beləliklə, bir qızla tanış olmaq üçün istifadə edəcəyiniz bu məlumatların sınağından əvvəl, kişilərin bu sosial şəbəkədə etdikləri geniş yayılmış səhvləri bilmək vacibdir.

 4 Geniş Yayılmış Səhv
 1-ci Fiziki xüsusiyyətlərə kompliment edərək başlamaq
 Əsas qayda olaraq, ilk əlaqənizi qətiyyən qızın cazibəsi ilə bağlı tərif edərək yaratmayın. Bu, sizi zəif və sadə göstərməklə tanışlığınıza zərərli də ola bilər. Facebook profilinə fotoşəkil qoyan bir qızla sadəcə ünsiyyət qurmağınız ondan xoşlandığınızı bildirmək üçün kifayətdir. Yəni bununla vaxt itirməkdən çəkinin. Orada olanların bir çoxu qızları cəlb etmək üçün yaltaqlıq kimi görünən komplimentlər etməyi sevənlərdən ibarətdir. Bu uduzanlardan olmağınızın sübutudur. Çox az hallarda yaltaqlanmaq effektli ola bilər. Ancaq bunu edəndə hər şeyi və təbii ki, gözəlliyini də nəzərdə tutaraq sadə bir şəkildə edin.

 2-ci Facebookda tanışlıq hekayənizi görüntüləmə
 Facebook profiliniz sizin reklamınızdır. Sizin üçün edilən bir çox təriflə birinci yerə çıxacağınız kimi bir şeydir. Bəyəndiyiniz bir qıza mənfi bir mesaj göndərməkdən çəkinmək lazımdır. Əgər bir çox kişinin hədəfinə çata bilmədiyi hal varsa, o da bunu plansızca etmələridir, ona görə də kişilərin tanışlığının uğursuz olması və xəyal qırıqlıqlarına düşmələrinə səbəb olur. "Doğru qızı hələ tapmadım" kimi fikirlərdən uzaq olmağınız kifayətdir. Yaxşı, doğru qızı tapmadığınız doğrudur; Əks təqdirdə qız axtarır olmazdınız.

 3-cü Ümidsiz görünmə
 Özünüzü özünüzə qarşı hörmət oyadan, özünə inamlı biri kimi göstərməyi öyrənməyiniz lazımdır. Bu isə "Bəli bilirəm mən sənin tipin olmaya bilərəm, ancaq xahiş edirəm mənə bir şans ver" kimi mesajlardan çəkinməklə başlayır. Əgər qızla ünsiyyət qurduqdan sonra bir səs çıxmasa, dərhal onu təqib etməyin. Bir təqib mesajı göndərmək üçün bir neçə gün gözləyin. Eyni zamanda, səfeh, qaba və yaltaq bir mesaj olmamasına diqqət edin. Bu sizə baha başa gələ bilər. Nəticə olaraq Şənbə Günü səhərə yaxın  saat 2-də 30 mesaj atmaqdan çəkinin. Bu sadəcə sizi həyatda edəcək bir şeyi olmayan biri kimi göstərir.

 4-cü Öz profil rəsminizi yükləməməniz
 Əgər Bret Pitt ya da Tarkan deyilsinizsə, xahiş edirəm, onların fotoşəkillərini sizin profil şəkiliniz kimi yükləməyin. Araşdırmalara görə, qadınlar səmimi fotoşəkilli profillərə, şəkilsiz, ya da həqiqi olmayan fotoşəkilli profillərdən daha çox önəm verirlər. Öz şəklinizi  qoymamanız nələrisə gizlətdiyinizə dair bir işarə ola bilər. Səmimi bir görüntü daha mühüm əhəmiyyət kəsb edir.

 İndi nə etməmək lazım olduğunu bilirsiniz; Bəs nə etməlisiniz?
 Məhz burada qızlara ən çox nəyin təsir etdiyini göstərəcək və Facebookda xəyalınızda olan qızı təmin edəcək üç əsas ipucu vardır.

 1-ci Təsirli və cəlbedici bir profil rəsmi hazırlayın
 Bir qızın, yoldaşlıq istəyinizi qəbul etmədən əvvəl sizin kim olduğunuzu öyrənmək üçün ilk əvvəl profilinizə baxması lazımdır. Facebookda tanış olması üçün düşünsək, ilk baxışı çox əhəmiyyətlidir. Əgər bir qız profil portretinizi bəyənməmişsə, istəyinizi rədd edə bilər. Bu sizin üçün yolun sonu deməkdir. Qızlar, xüsusilə cəlbedici olanlar, hər həftə yüzlərlə yoldaşlıq istəyi alır. Bu səbəbdən də, görkəminizi istifadə etməyiniz lazımdır, xüsusilə profil şəkliniz qıza, tanış olmağa dəyər bir dost olduğunuzu göstərməlidir. Profil portretiniz sizinlə bağlı maraqlı bir şeyi ifadə etdiyindən əmin olun. Unutmayın, oyunun məqsədi ona təsir etmək və sizi daha çox istəməsini təmin etməkdir.

 2-ci Maraqlı bir profil yaradın
 Özünüzü bir məhsul kimi nümayiş etdirin. Bu, hər hansı bir qızı (təkcə sosial şəbəkə saytlarında deyil) necə əldə edəcəyinizi öyrənməyin ən yaxşı yollarından biridir. Bu səbəblə, Facebookdakı digər boş insanlardan fərqli olaraq həyatınızda maraqlı şeylər olduğunu gösterdiyinizdən əmin olun. Bu sizi Facebookda qızları gizlincə izləyən digər şəxslərdən fərqli edəcəkdir.

 3-cü Özünüz olun
 Olmadığınız şəkildə davranmağa çalışmayın. Öyünmək, lovğalanmaq və onu dürtərək bir qızın qayğısına çox möhtac görünmək, bütün fotolarını bəyənmək və şərh vermək və gələnlər qutusunu lazımsız mesajlarla doldurmaq sizi çox da irəli aparmaz. Nə qədər çox təbii və nə qədər az hərəkətverici olsanız, hər şey sizin xeyrinizə bir o qədər yaxşı işləyər. Bir qıza hörmət göstərin, o da sizə eyni şəkildə qarşılıq verəcəkdir. Qızlar sosial olaraq kişilərdən daha sakitdirlər və yaramaz bir işi asanlıqla görə bilirlər.

 Facebookda bir qadına təsir göstərmək üçün bilik və müxtəlif hərəkətlərlə edilə bilər və bu sahədə ixtisaslaşmaq olar . Bu məqalədəki yazılarla, qızlara təsir etməyin əslində parkda yürüş etmək qədər asan olduğunu anlayacaqsınız. "Qızlara virtual yolla necə təsir etmək olar" sənətini öyrəndikdən sonra, çox əziyyət çəkmədən sizin ola biləcək milyonlarla qız sərəncamınızda olacaq.

 Sözümün Əsası Odur ki;
 Bu astronomiya elmi kimi çətin deyil, ancaq çox sadə də deyil. Sizə yuxarıda verdiyim məlumatları təkrar-təkrar və dəqiq öyrənməli, həm də doğru şəkildə tətbiq etməlisiniz. Hər bir ipucunu ayrı-ayrı tətbiq etməyiniz çox vacibdir və bunları edərkən diqqətli olmalısınız. Orada minlərlə rəqib var və siz onların içlərində "seçilmək" məcburiyyətindəsiniz. Profilinizi həyatınız boyu qarşılaşdığınız ən mühüm iş müraciəti doldurar kimi doldurun. Həqiqətən, təcrübələnin və mükafatınızı alın. Səbr və bu qaydalarla bu günə qədər tanış olduğunuz qızlardan daha çox qızla tanış ola biləcəksiniz. 
 Onu da qeyd edim ki, bu metodlardan təkcə facebookda deyil, digər sosial şəbəkələrdə, çatlarda və digər tanışlıq saytlarında da istifadə edə bilərsiniz. Bizdən deməkdir, gerisi sizin bacarığınıza qaldı.
Facebook, facebook.com, facebookda tanış olmaq, gözəl qızlar, Qadınlar, qızlarla tanış olmaq, qızlarla tanış olmaq yolları, tanışlıq saytları,
Facebook, facebook.com, facebookda tanış olmaq, gözəl qızlar, Qadınlar, qızlarla tanış olmaq, qızlarla tanış olmaq yolları, tanışlıq saytları, odnoklasniki, vkontakte, sosial şəbəkələr 

loading...
Blogger tarafından desteklenmektedir.