Son yazılar
recent

Ərdoğan: Türkiyə çox böyük hücumlar altındadır

  


  Ərdoğan: Türkiyə çox böyük hücumlar altındadır.
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyənin daxildə və xaricdə çox böyük təcavüz altında olduğunu bildirib.
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyənin daxildə və xaricdə çox böyük təcavüz altında olduğunu qeyd edərək, Türkiyənin bu hücumlara zəif bir ölkə olduğu üçün deyil, güclü bir ölkə olduğu üçün məruz qaldığını deyib. Ərdoğan, "Dünənə qədər İŞİD ilə mübarizə ilk sırada olan ölkələrin bu gün haradasa İŞİD-i himayələri altına aldığı hala gəldiklərini ibrətlə izləyirik" dedi.

  Bu sözləri Prezident Ərdoğan, Prezident Adminstrasiyasında keçirilən Məmurların Konfransında deyib. Ərdoğan, Türkiyənin daxildə və xaricdə çox böyük təcavüz altında olduğunu vurğulayıb. Bu hücumların Türkiyənin zəif bir ölkə olmasınadan irəli gəlmədiyini bildirən Ərdoğan, "Güclü və güclənən bir ölkə olduğumuz üçün bu hücumlar bizə qarşı edilir. Suriya və İraqda baş verən hər bir hadisə ölkəmizi doğrudan maraqlandırır. Bu ölkələrdə ortaya çıxan qeyri-insani cinayətlərə laqeyd qalmağımız qətiyyən ola bilməz. Bütün dünya kürəyini, qapılarını bağlasa da, bu bölgədə yaşayan insanlarla ortaq keçmişimizi və müştərək mədəniyyətimizi unudub, biz də eyni yola əl ata bilmərik" deyə danışdı.

 Ərdoğan, 270 mini düşərgələrdə, qalanı isə şəhərlərdə olmaq üzrə 3 milyondan çox Suriyalı və İraqlını Türkiyənin qonaq etdiyini bildirərək, "Biz dövlət olaraq əlimizdən gələni edərkən millətimiz də böyük məsuliyyətlə qardaşlarımıza sahib çıxır. Əlbəttə, çətinliklər baş verir, amma bunlar illərdir saxladığımız kütlənin böyüklüyü qarşısında öhdəsindən gəlinməyəcək məsələlər deyil. Başlanğıcda qısa müddətli bir sığınma olaraq gördüyümüz bu vəziyyət vaxt uzandıqca yeni və daha köklü tədbirlərin görülməsini zəruri etmişdir. Sərhədlərimiz daxilində yaşayan milyonlarla adam arasında təhsili, təcrübəsi, imkanları və digər şərtləri o qədər yüksək səviyyədə olanlar var ki, bu insanları bir kənara qoymaq humanizm prinsipləri baxımından bir xəyanət olar. Onun üçün bu insanlar arasında ölkəmizə də ciddi təkan verəcək olanlar var. Daxili işlər Nazirliyimiz bu cür şəxslərə ailələri ilə birlikdə vətəndaşlıq verməyə yönəlik iş aparır" şəklində danışdı.

 "Suriya və İraqın təhlükəsizliyi və rahatlığının bizim təhlükəsizliyimiz və rahatlığımız mənasını verdiyinin fərqindəyik"

 Təhsildən-sağlamlığa, sosial ədalətdən-mülkiyətə qədər bir çox problemin həlli üçün aparılan işlərin davam etdiyini bildirən Ərdoğan, "Əsl həllin Suriya və İraqın yenidən etimada, sabitliyə, əmin-amanlığa qovuşması olduğu səyləri açıqdır. Bu istiqamətdə də çox ciddi səy göstəririk. Bölgədəki proseslərə birbaşa və ya dolayı təsiri olan ölkələrin əhəmiyyətli bir hissəsinin Suriya və İraq xalqlarını əmin amanlığa qovuşdurmaq deyə bir planlarının olmadığı artıq çox açıq bir şəkildə ortaya çıxmışdır. Bu həqiqəti görənlərin sayı çoxaldıqca həll yolları avtomatik açılacaqdır. Biz bu anlayışla Suriya və İraqda hər cür addım atırıq. Bu ölkələrin təhlükəsizliyi və rahatlığının bizim təhlükəsizliyimiz və rahatlığımız mənasına gəldiyini çox yaxşı anlayırıq. Biz nə vaxt meydana girdiksə, bu ölkələrlə bağlı təhdidlər və prioritetlər o anda dəyişdi" ifadələrini istifadə etdi.

 "Kağız üzərindəki planlaşdırmalarla aparılan layihələr bir-bir çökür"
 Ərdoğan, dünənə qədər İŞİD ilə mübarizəni ilk sıraya qoyan ölkələrin bu gün haradasa İŞİD-i himayələri altına alacaq hala gəldiklərini ibrətlə təqib etdiklərinin qeyd edərək bunları dedi:

 "Bölgənin tarixi, dini, etnik və mədəni quruluşunu nəzərə almadan tamamilə kağız üzərindəki planlaşdırmalarla aparılan layihələr bir-bir çökür. Türkiyə məhz bütün bu xaos içərisində həm özü, həm də qardaşları üçün ən yaxşısını etmək üçün səy göstərir. Beynəlxalq aləmdə və sərhədlərimiz xaricində etdiyimiz mübarizənin uğurunun bir şansı ölkəmizin daxilini möhkəm tutmaqdır. Əgər biz öz ərazilərimiz daxilində əmin-amanlığı, təhlükəsizliyi təmin etməsək çöldə nə sözümüzün qiyməti qalar, nə də bircə addım atacaq zəmin tapa bilmərik. Terror təşkilatlarını sanki növbə ilə ölkəmizdə terror etməyə təşviq edənlər məhz bunu istəyir. 2013-ci ildən bəri ard-arda yaşadığımız çətinliklər, həm təhlükəsizlik istiqamətində, həm siyasi gedişlər, həm də iqtisadi çətinliklər yaratmaqla bizi daxildə sıxışdırıb hadisələrdən kənarda təsirsiz halda qoyma məqsədi güdür. Fərqində olmadan və ya olduqca şüurlu bir şəkildə bu oyuna daxil olan, sözsüz rol oynayan bir təbəqə əlbəttə, var. Amma millətimizin köməkliyi ilə biz bu problemləri həll etmişik və etməyə də davam edirik.
Ərdoğan, Ərdoğanın çıxışı, türkiyədə terror, Rəcəb Tayyib Ərdoğan, işid, suriya böhranı, iraq müharibəsi, türkiyənin problemləri, Xəbərlər,Ərdoğan, Ərdoğanın çıxışı, türkiyədə terror, Rəcəb Tayyib Ərdoğan, işid, suriya böhranı, iraq müharibəsi, türkiyənin problemləri, Xəbərlər,

Blogger tarafından desteklenmektedir.