Son yazılar
recent

Duşu nə vaxt qəbul etmək faydalıdır?




 Hamama səhər yoxsa axşam girmək lazımdır?
 Mütəxəssislər apardıqları araşdırma nəticəsində, səhər vannası və axşam vannasının faydalarını ortaya qoydular.

 Bir çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmadan əvvəl duş almağı üstün tuturuq. Aparılan yeni araşdırmalarda, hamam saatının beynimizə necə təsir etdiyini müəyyən edildi.

 Gecə yuxunuzun səbəbi bu ola bilər
 Araşdırmaya görə, stresslə çalışanlar üçün uyğun olan səhər duşlarıdır. Səhər duşları yaradıcılığı artırarkən, axşam duşları yuxuya keçiddə problem yaşayanlara böyük fayda verir.

 Harvard Universitetində psixologiya dərsləri verən Doktor Şelley Karson, işləri səbəbindən stressə düşən və ya yaradıcılıq məsələsində üzərilərində təzyiq hiss edən şəxslərə yardımçı ola biləcəyini söylədi. Duş, rahatladıcı təsirilə, eyni zamanda oyanmağı təmin edir. Bu da yaradıcılığa təkan verir. Zehniniz rahatlanır, yeniləşir və canlanır; Fikirləriniz və problemlərinizin həll yolları öz-özünə ortaya çıxır.

 Digər tərəfdən, axşam duşları, bədən temperaturunu keçirərək daha rahat yatmağı təmin edir. Dr. Kristofer Vintera görə, hamamdan çıxdıqda meydana gələn sürətli sərinləmə, təbii bir yuxu üçün hərəkətverici qüvvədir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz.

 Duş qəbul etməyin vaxtı qədər, suyun temperaturu da mühümdür. İsti duşla özünüzü yaxşı hiss etsəniz də, ilıq duş çox faydalıdır.
duş qəbul etmək, hamam, hamama girmək, rahat yatmaq, gecə yuxusu, hamam, sauna, gecə hamamı, səhər hamamı, hamamda çimmək, çimməyin faydaları, Sağlamlıq,duş qəbul etmək, hamam, hamama girmək, rahat yatmaq, gecə yuxusu, hamam, sauna, gecə hamamı, səhər hamamı, hamamda çimmək, çimməyin faydaları, Sağlamlıq,

Blogger tarafından desteklenmektedir.