Son yazılar
recent

Azərbaycanlı əsgərləri öldürdüyünə görə generalı alnından tapançayla vuran dövlət başçımız kimdir?



 Azərbaycan ərazisi daima xarici işğalçıların diqqət mərkəzində olmuşdur. Xalqımız isə bu işğalçılara qarşı tarıx boyu mübarizə aparmışdır.Bu dövrlərdən biri SSRİ dövrüdür ki, bu zaman erməni və rus daşnakları xalqımıza qarşı ağlasığmayan kütləvi soyqırımlar törətmiş, repressiyalara məruz qoymuşdular. Amma hər bir belə çətin dövrdə ulu tanrı xalqımıza bir xilaskar göndərmişdir. Bu dövrün xilaskarı isə Mircəfər Abbas oğlu Bağırov olmuşdur.Mircəfər Bağırovu pis qələmə verənlər də var. Amma o əsl miliyyətçi azərbaycanlı lider olmuşdur. Pis əməlləri olsa da, yaxşı əməlləri daha çox olmuşdur. Yəni o, vəzifə başında olduğu üçün birbaşa deyil, dolaysı yollarla xalqımıza köməklik etmişdir.Buna sübut olaraq Cənubi Azərbaycanın birləşdirilməsi üçün Seyid Cəfər Pişəvəri hərakatına güclü dəstək vermişdir, lakin birləşməyə az qalmış erməni Mikoyan Stalininin beyninə salır ki, Cənubi Azərbaycan Şimala birləşsə, o böyük və güclü ölkə olacaq və onunla bacara bilməyəcəyik.Bununla da Bağırovun planı pozulur.Bundan sonra hər dəfə Bağırov Arazın o tayına baxanda ağlayırmış.Sovet İttifaqının tərkibində almanlara qarşı vuruşan azərbaycanlı əsgərlər rus dilin bilmədiklərinə görə onlara rusca verilən komandanı yerinə yetirməyə çətinlik çəkirdilər.Bəzi generallar isə əmri yerinə yetirməyən azərbaycanlıları yerindəcə güllələyirdilər.Həmin vaxt bu xəbər Zaqafqaziya Mərkəzi Şurasına üzv olan Mircəfər Bağırova çatdırılır.O, dərhal azərbaycanlılara qarşı zorakılıq hallarının daha çox baş verdiyi cəbhənin cənub bölgəsinə gedir.Azərbaycanlı əsgərlər komandirləri Yevgeni Xruşşovun özbaşınalığından və onları dizertiv adı ilə güllələtdirməsindən danışırlar. Bağırov Yevgeni Xruşovu çağırtdıraraq sorğu sual edir, o isə cavabında onlar əmri yerinə yetirmədikləri üçün onları gülləltdirirəm .Bağırov isə deyir ki, axı onlar rus dilin bilmirlər.Xruşov deyir ki, bu heyvanlara rus dilini mən öyrətməli deyiləm ki. Bağırov bu sözləri eşitdikdən dərhal sonra həmişə üzərində gəzdirdiyi "Mauzer" tipli tapançasını çıxararaq, Xruşovun düz alnından vurur. Mircəfər Bağırov bu hadisədən dərhal sonra Moskvaya Stalinin yanına gedir, o etdiyi hərəkəti burada əsaslandırır, təbii ki, onların yanında Lavrenti Beriya da olur və əvvəldən axıradək onu müdafiə edir. Bundan sonra yalnız azərbaycanlılardan ibarət hərbi hissənin yaradılmasına icazə verilir bə orada əmrlər azərbaycan dilində verilir.Bağırovun Mikoyan və Nikita Xruşşovla olan münaqişələri və erməni köməkçilərinə arxalanması. Nikita Xruşşovun qardaşını öldürməsi, onun sonunu yetişdirdi.

Mircəfər Abbas oğlu Bağırov, Mircəfər Bağırov, Seyid Cəfər Pişəvəri, Pişəvəri hərəkatı, stalin, mikoyan, nikita xruşşov, Xəbərlər, Azərbaycan tarixi

loading...
Blogger tarafından desteklenmektedir.