Son yazılar
recent

Azərbaycanda iş tapmaq üçün ən yaxşı saytlar




 Müasir dövrdə artıq öz peşənizə uyğun iş tapmaq üçün evdə kompüter arxasında əyləşib, işləmək istədiyiniz dövlət orqanının rəsmi saytının və ya digər aşağıda qeyd etdiyimiz vakansiya saytlarının köməkliyi ilə onlayn formada öz CV-nizi yazıb göndərə bilərsiniz. Birinci sizə dövlət orqanlarında olan vakansiyalar olan saytların siyahısını təqdim edirik.Dövlət orqanlarında işə qəbul əsasən müsabiqə(yəni 1-ci test imtahanı mərhələsi) və müsahibə(2-ci sorğu-sual imtahanından) mərhələlərindən ibarətdir.
  1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi saytı- http://www.dqmk.gov.az saytında elanlar bölməsinə daxil olaraq orada il ərzində təxminən 2-3 dəfə elan olunan vakansiyalara uyğun öz CV-lərinizi göndərə bilərsiniz.Demək olar ki, dövlət orqanlarının əksəriyyətinə işə qəbul bu sayt vasitəsilə həyata keçirilir.
  2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi saytı http://www.mia.gov.az-a daxil olub, "vətəndaşların nəzərinə" bölməsinə tıklayın və il ərzində nazirlikdə olan bütün vakansiyalar haqqında ətraflı məlumat verilir.
 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə işə qəbulla bağlı bu saytda mütəmadi olara məlumat verilir- http://www.justice.gov.az.
 4. Müəllimlərin işə qəbulu və iş yerlərinin dəyişdirilməsi-http://www.miq.edu.az saytı vasitəsilə həyata keçirilir.Burada imtahanların mövzularını da öyrənə bilərsiniz.Ali məktəblərdə müəllim işləmək istəyənlər isə Azərbaycan müəllimi qəzetinin elanlar bölməsini BU LİNKdən tez-tez izləsələr yaxşı olar.
   5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində olan vakansiyalarla bağlı BU LİNKDƏN ətraflı məlumat ala bilərsiniz.
   Özəl şirkətlərdə və qeyri hökumət təşkilatlarında olan vakansiyalarnan isə bu saytlar vasitəsilə taniş ola bilərsiniz.
   1.BP Azərbaycanda işləmək istəyirsinizsə BU SAYTdan geniş məlumat ala bilərsiniz.
   2. Azərsun Holding ölkəmizdə ən böyük şirkətlərdən biridir və burada olan vakansiyalarnan
-BU LİNKdən tanış ola bilərsiniz.
   3. Azərbaycanın aparıcı şirkətlərindən biri olan Gilan Holdingə işə düzəlməklə bağlı-BU LİNKdən  məlumat ala bilərsiniz.
   4. Hər sahədə rast gələ biləcəyiniz vakansiya saytları isə
    -http://vakansiya.az
    -http://banco.az/az/jobs-əsasən bank və sığorta sistemində iş axtaranların karına gəlir.
    -http://boss.az
    -http://www.cv-az.com
    Onu da qeyd edim ki, bu saytlarda qeyri-ciddi iş elanlarına da rast gəlinə bilər. Əsasən piramida sistemi ilə çalışan fırıldaqçı şırkətlər və digər işə qəbul olunmaq üçün əvvəlcədən sizdən ödəniş tələb edən şirkətlər qarşınıza çıxa bilər.Bunlara aldanmayın. Əgər həmin saytlarda xarici ölkələrdən iş təklifləri olarsa, öncədən dövlət orqanları ilə bunun doğruluğunu yoxlayın, əks təqdirdə insan alverinin də qurbanı ola bilərsiniz. İkinci məsləhətim isə işə düzəltmə agentlikləridir. Onların çoxusu qabaqcadan sizə işləri göstərmək üçün ödəniş istəyirlər.5-10 manat arası olur hardasa. Amma nədənsə mənim araşdırmalarıma görə, ölkəmizdə normal işədüzəltmə agentliyi tapa bilmədim ki, sizə də məsləhət görüm.Yaranacaq hər hansısa suallarla bağlı saytın şərhlər bölməsinə yazın sizə köməklik edək. İşsiz izləyicilərimizə iş tapmaqlarında uğurlar arzulayırıq.
vakansiya, vakansiyalar, socarda vakansiya, neft şirkətində vakansiya, vakansiya saytları, iş axtarıram, dövlət qulluğu vakansiyalar, polisdə vakansiyalar, Xəbərlər, azərsun vakansiya, gilan vakansiyavakansiya, vakansiyalar, socarda vakansiya, neft şirkətində vakansiya, vakansiya saytları, iş axtarıram, dövlət qulluğu vakansiyalar, polisdə vakansiyalar, Xəbərlər, azərsun vakansiya, gilan vakansiyavakansiya, vakansiyalar, socarda vakansiya, neft şirkətində vakansiya, vakansiya saytları, iş axtarıram, dövlət qulluğu vakansiyalar, polisdə vakansiyalar, Xəbərlər, azərsun vakansiya, gilan vakansiya

loading...
Blogger tarafından desteklenmektedir.