Son yazılar
recent

7 əsgərimizi əsirlikdən xilas edən əfsanəvi şəhid polkovnik




 Murov Qartalı kimi tanınan əfsanəvi  şəhid  zabitimiz 
Raquf İbrahim oğlu Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndindən dünyaya göz açmışdır.1990-cı ildə SSRİ ordusunda hərbi xidmət keçmişdir. 1993-cü il 12 iyul tarixində Qarabağda gedən döyüşlər zamanı yaşadıqları Cinli kəndi işğal ediləndə  Raqufun anası Raya Orucova və dayısı Azər Rəhimov həlak olmuşdur. Doğma kəndləri işğal olunan və yaxınlarını itirən Ruquf  1993-cü ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə daxil olur və orada təhsil alır.1995-ci il tarixində o məktəbi bitirərək Bakı şəhərində hərbi xidmətə təyin olunur.1996-cı ildən o, ön cəbhəyə təyinatını alır və kəşfiyyat bölüyünün komandiri kimi vətənə xidmətini davam etdirir.
1997-ci ildə dövlət əhəmiyyətli hərbi əməliyyatı yüksək peşəkarlıqla yerinə yetirir. Kəlbəcər rayonuna  keçir, oradan yüksək rütbəli iki erməni zabitini tutub Azərbaycana gətirir. Elə bu ildə daha bir əfsanəvi hərbi əməliyyatı keçirir. İşğal altında olan Kəlbəcər rayonunda ermənilərin hərbi hissəsinə daxil olaraq, onların səhər sıra düzülüşünü, həmçinin hərbi hissənin yerləşdiyi binaları, vətənimiz üçün vacib olan hər bir vacib elementlərin və hissələrin video çəkilişini aparır.1998-ci tarixində Raquf Orucov  "Hərbi xidmətlərə görə" medalı ilə mükafatlandırılır.
 Tapşırıqların birində “Murov Qartalı” kimi ad çıxarmış zabitimiz Raquf Orucov 6 nəfər kəşfiyyatçı ilə birlikdə ermənistan tərəfə keçərək Kəlbəcərin qızıl mədəninə gedib çıxmışdılar, oranın düşmənin xüsusi təyinatlı dəstəsinin təlim keçmiş itlərin köməyilə necə qorunmasını müəyyən etmişdilər və qızıl mədəninin çəkilişini də apamışdılar. Geri qayıtdıqda isə 3 nəfər erməni mülki sakinini özləri ilə birlikdə öz hərbi hissələrinə gətirmişdilər. Elə bu əməliyyata görə də erməni tərəfinə əsir düşmüş 7 nəfər əsgərimiz tez bir zamanda və çox asan şəkildə düşməndən azad edildi.
2014-cü ilin avqust ayında baş verən döyüşlərdə Raquf Orucov öz əsgərləri ilə birlikdə düşmənə qarşı  döyüşürdü. Döyüşlər dayandıqdan sonra, Sumqayıta atasına, doğmalarına və ailəsinə baş çəkməyə gələn Raquf Orucov balaca qardaşı Zabilə deyir ki, ayağındakı çəkmələri çıxarmaqda ona kömək eləsin. O, 5 gün davam edən müharibə müddətində çəkmələrini ayağından çıxmayıb və bu səbəbdən onun ayaqları şişmişdi.
Əfsanəvi qəhraman 4 aprel 2016-cı il tarixində Ağdam rayonunda “dördgünlük müharibə”  zamanı 43 yaşında  şəhidlik zirvəsinə ucalmışdır.
Allah rəhmət eləsin.Gəlin bu cür oğullarımızı heç vaxt unutmayaq.
 Qeyd edim ki, qəhramanımızın 2 oğlu Aqşin Orucov və Nihad Orucov vardır.
dörd günlük müharibə, kəşfiyyatçilar, murov qartalı, raquf orucov, şəhidlər, Xəbərlər, milli qəhrəmanlar, qarabağ müharibəsi, raquf orucov haqqında,

loading...
Blogger tarafından desteklenmektedir.